UEFA yeni dəyişikliyini açıqlayıb.
Sportal.az xəbər verir ki, Avropa futbol qurumu təşkil etdiyi turnirlərdə səfər qolu qaydasını ləğv edib. Bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar verib.
2021/22 mövsümündən etibarən səfər qolu qaydası tətbiq edilməyəcək.
1965-ci ildən bəri UEFA-nın təşkil etdiyi turnirlərdə ev-səfər matçlarında bu qayda tətbiq olunur. Bu qaydaya əsasən, iki matçın nəticəsinə görə, hesab bərabərdirsə, səfər matçında çox qol vuran komanda qalib olur.
Yeni qaydaya əsasən, iki oyundan sonra qalib müəyyənləşməsə, əlavə vaxt (30 dəqiqə) oynanılacaq. Əgər əlavə vaxtda qalib bəlli olmasa, penaltilər seriyası təşkil ediləcək.
saytlarin hazirlanmasi