"Dinamo" - "Neftçi" matçının hakimləri

11:11 - 25 İyun 2021

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək. UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.

 

İyulun 7-də “Dinamo Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı iyulun 14-ü “Bakcell Arena”da olacaq və saat 21:00 start götürəcək.

Xəbər xətti