"Gürcüstanda insanlar "Dinamo"nun "Neftçi"ni keçəcəyinə inanırlar"

16:15 - 7 İyul 2021

"Əslində püşkatma düşəndə, məncə, tərəflər bir-birilə qarşılaşmağı istəməzdi. Bu cütdə favorit tərəf yoxdu. Çünki hər ikisi güclü komandalardı, şanslar da 50/50-di".

 

Bu sözləri Sportal.az-a açıqlamasında Gürcüstan millisinin sabiq üzvü Laşa Salukvadze deyib.

 

Azərbaycanda da çıxış etmiş veteran futbolçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Dinamo" - "Neftçi" görüşü haqda danışıb. O, Kaxaber Sxadadzenin futbolumuz haqda yaxından məlumatlı olması məsələsinə də toxunub: "Gürcüstanda da insanlar "Dinamo"nun "Neftçi"ni keçəcəyinə inanırlar. Son vaxtlarda "Neftçi"nin gücləndiyini bilirik, çempion da oldular. Çətin oyun olacaq. 

 

Çox maraqlı və gərgin matç olacağını gözləyirəm. Çünki dediyim kimi "Neftçi" həqiqətən yaxşı komandadı. Kaxaber Sxadadze "Dinamo"ya yeni gəlib. Əlbəttə ki, hazırlaşmaq üçün vaxt az oldu. "Dinamo"da gənclər çoxdu, "Neftçi"də isə daha çox təcrübəli oyunçular yer alıb. "Dinamo" evdə oynadığından qalib gələ bilər. Kaxaber Sxadadze Samir Abasovu yaxşı tanıyır, Samir də Kaxanı. Amma bunun ikisi üçün də mənfi hal olduğunu düşünmürəm".

 

Xatırladaq ki, Laşa Salukvadze Kaxaber Sxadadzenin dövründə "Inter"(indiki "Keşlə") klubunda oynayıb.

Xəbər xətti