Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins Bakıya gələcək.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Neftçi” və Gürcüstanın “Dinamo” (Tiflis) klubları arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.
Bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində məhz “Olimpiakos”la qarşılaşacaq.
Qeyd edək ki, Tiflisdəki ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də keçiriləcək.
saytlarin hazirlanmasi