Çempionlar Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin "Olimpiakos"la oyununun hakimləri açıqlanıb.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakıda baş tutacaq matçı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Rikardo de Burqos olacaq. Ona həmyerliləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" görüşü saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi