Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçlarından sonra statistik nəticələri açıqlayıb.
Sportal.az xəbər verir ki, ən yaxşı göstəriciləri olan oyunçular arasında azərbaycanlı futbolçular da var.
Varşavanın "Legiya" klubunun yeni transferi olan Mahir Emreli Norveç "Bude-Qlimt"i ilə görüşlərdə qapı çərçivəsinə 5 zərbə vurub. Bu göstəricəyə görə, o, 2-ci sırada qərarlaşıb. İlk pilləni isə 6 zərbə ilə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç tutur.
Mahirin çərçivəyə gedən 5 zərbəsindən 2-si qolla nəticələnib. Onunla yanaşı "Neftçi"nin üzvləri - Emin Mahmudovla Namiq Ələsgərov da iki dəfə adını tabloya yazdıra bilib. Ümumilikdə 2 dəfə fərqlənən futbolçuların sayı 17-di və onlar 5-21-ci yerləri bölüşdürür.
saytlarin hazirlanmasi