"Beşiktaş" braziliyalı futbolçu ilə razılığa gəldi

20:44 - 16 İyul 2021

Türkiyə çempionu "Beşiktaş" heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Çinin "Jianqsu Sanin" klubundan ayrılan Aleş Teyşera ilə anlaşıb. "Qara qartallar" 31 yaşlı hücumameyilli yarımmdüfiəçi ilə 2 illik müqavilə üçün razılığa gəlib.

 

Onun illik maaşı 2,5 milyon avro olacaq. Braziliyalı futbolçunun transferi tezliklə açıqlanacaq. 

 

Teyşera 2016-cı ildə Donetsk "Şaxtyor"undan 50 milyon avro qarşılığında Çin klubuna getmişdi.

Xəbər xətti