"Adana Dəmirspor" David Luisin transferini bitirdi

19:45 - 16 İyul 2021

Türkiyənin "Adana Dəmirspor" klubu daha bir transferi həll edib.

 

Sportal.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan klub "Arsenal"dan ayrılan David Luislə 2 illik razılıq əldə edib. Braziliyalı futbolçu müqavilə imzalamaq üçün tezliklə Türkiyəyə gələcək.

 

Braziliya millisinin üzvü olmuş 34 yaşlı futbolçu "Benfika", "Çelsi", PSJ kimi klublarda da çıxış edib.

 

 "Mavi şimşəklər" bundan öncə mərakeşli yarımmüdafiəçi Yunes Belhanda, konqolu hücumçu Britt Assombalonqanı və italiyalı forvard Mario Balotellini transfer edib.

Xəbər xətti