"Beşiktaş"da Larin şoku

13:45 - 19 İyul 2021

"Beşiktaş"ın hücumçusu Kayl Larin Kanada yığmasında zədələnib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu "Gold Cup" turnirində ABŞ-la keçirilən matçın 53-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun son durumuna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.

 

Larin ötən mövsüm keçirdiyi 45 oyunda 23 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər xətti