Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin turnirdəki təmsilçisi "Neftçi"nin də potensial rəqibi bilinib. "Ağ-qaralar" 2-ci raundda "Olimpiakos"u (Yunanıstan) keçsə, 3-cü mərhələdə "Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibinə rəqib olacaq.
Çempionlar yolu
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi - “Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün qalibi - “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi - "Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" cütünün qalibi - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün qalibi
"Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün qalibi - "Reyncers" (Şotlandiya)
"Feerentsvaroş" / "Jalgiris" (Litva) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya)
Liqa yolu
PSV (Niderland) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi - "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün qalibi
"Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)
"Genk" (Belçika) - "Şaxtyor" (Ukrayna)
"Monako" (Fransa) - "Rapid" (Avstriya) / "Sparta" (Praqa, Çexiya) cütünün qalibi
3-cü təsnifat mərhələsinin görüşləri 3-4 və 10 avqustda oynanılacaq.
saytlarin hazirlanmasi