Pedru Martinş: "Bakıda da əlimizdən gələni edəcəyik"

02:24 - 22 İyul 2021

“Bizim üçün çox çətin matç idi. Oyunçu dəyişiklikləri bizə çətinlik yaşatdı".

 

Sportal.az xəbər verir ki, bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedru Martinş Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Komandasının 1:0 hesablı qələbəsini şərh edən portuqaliyalı mütəxəssis Bakıdakı çətin oyuna da hazır olacaqlarını bildirib:

 

“Məcburi əvəzləmələr etdik ki, bu da sistemdə bəzi dəyişikliklərə səbəb oldu. Ancaq üzərimizə düşən öhdəliyi yerinə yetirdik. Əminəm ki, Bakıda da əlimizdən gələni edəcəyik. İnanıram ki, oradakı çətin sınağa hazır olacağıq. Çətinliklərə baxmayaraq, iki oyunçu dəyişikliyi etdik. Ancaq meydana sonradan daxil olan futbolçular da mübarizəyə yaxşı qoşuldular. Biz bütün futbolçularımıza şans verməyə, onları sınamağa çalışırıq. Əlimizdə geniş heyət var. Oyunçuların hamısına güvənirəm".

 

Martinş "Azərbaycanda stadionların ideal vəziyyətdə olmadığı bildirilir. Buna hazırsınız?" sualını isə belə cavablandırıb: "Biz orada məşq etməyəcəyik. Son məşqimizi burada edib gedəcəyik. Amma stadion nə durumda olur-olsun biz ora hazır vəziyyətdə gedəcəyik".

Xəbər xətti