"Malmö" HİK-ə qalib gəldi - VİDEO

15:01 - 22 İyul 2021

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, İsveç təmsilçisi "Malmö" evdə Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edib.

 

Bu cütün məğlub tərəfi Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Olimpiakos" - "Neftçi" cütünün məğlubu ilə qarşılaşacaq.

 

Cavab matçı iyulun 28-i baş tutacaq.

 

"Malmö" - HİK - 2-1

Qollar: Antonio Çolak, 45+1, Anders Kristiansen, 75 - Rope Riski, 68

 

Xəbər xətti