Çempionlar Liqasında 4 oyun: Mahirin komandası Estoniya səfərində

10:47 - 27 İyul 2021

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

 

Milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu Polşanın "Legiya" klubu səfərdə "Flora"nın (Tallin, Estoniya) qonağı olacaq. 

 

27 iyul

20:00. “Flora” (Estoniya) – “Legiya” (Polşa)
İlk oyun: 1:2

 

20:00. HİK (Finlandiya) – “Malmö” (İsveç)
İlk oyun: 1:2

 

20:00. “Omoniya” (Kipr) – “Dinamo” (Zaqreb, Xorvatiya)
İlk oyun: 0:2

 

21:00. “Jalqiris” (Litva) – “Ferensvaroş” (Macarıstan)
İlk oyun: 0:2

Xəbər xətti