“Olimpiakos”un aparıcı futbolçusu Matye Valbuena Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə cavab qarşılaşması öncəsi mətbuat konfransında danışıb. Sportal.az xəbər verir ki, fransalı futbolçu Bakıdakı oyun barədə fikirlərini bildirib:
- Cavab oyununda hər hansı çətinlik çəkəcəksiniz?
- Birinci oyundakı kimi, cavab qarşılaşması da asan olmayacaq. Biz buna hazırıq. Bakıda asan olmayacaq. Növbəti mərhələyə adlamaq üçün hər şeyi edəcəyik. Əminik ki, uğur bizim yanımızda olacaq.
- Cavab qarşılaşması Pireydəki oyundan nə dərəcədə fərqlənəcək?
- Cavab oyunu fərqi ssenaridə alına bilər. Bizim heyətlə bağlı sıxıntılarımız var, ilk oyunda da itkilərimiz var idi. Buna baxmayaraq, biz Çempionlar Liqasında irəliləməliyik.
- “Neftçi”dən sürpriz gözləyirsiniz? Azərbaycan çempionunun növbəti mərhələyə yüksələcəyi haqda heç düşünürsüz?
- Çətin olacaq. Amma mən Azərbaycan klubuna məğlubiyyəti bir saniyə belə fikirləşməmişəm. Hər şeyi edəcəyik ki, növbəti mərhələyə adlayaq. Bizim planımız Çempionlar Liqasıda irəliləməkdi. Ancaq “Neftçi”ni asanlıqla mübarizədən kənarlaşdırmaq alınmayacaq.
İyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.