"Olimpiakos" Bakı səfərindən öncə son məşqə çıxdı

13:51 - 27 İyul 2021

"Olimpiakos" "Neftçi" ilə keçirəcəyi  UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün son məşqə çıxıb. 

 

Sportal.az xəbər verir ki, Afina təmsilçisi hazırlığı “Georgios Karaiskakis” stadionunda keçib. Məşqdə ilk matçdan əvvəl koronavirusa yoluxmuş mərakeşli hücumçu Yussef əl-Ərabi də iştirak edib. Amma onun Bakıdakı oyunda meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

 

“Olimpiakos” Bakı vaxtı ilə saat 13:30-da Azərbaycana yola düşüb. Komandanın Bakıda məşqə çıxacağı gözlənilmir.

 

İyulun 28-də "Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. İlk oyun meydan sahibinin xeyrinə başa çatmışdı - 1:0.

Xəbər xətti