Mahir Emreli start heyətdə

18:54 - 27 İyul 2021

Polşanın "Legiya" klubu Çempionlar Liqası ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Tallin "Flora"sının qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Estoniyada keçiriləcək qarşılaşmanın heyətləri açıqlanıb. Milli komandamızın üzvü Mahir Emreli bu oyuna start heyətdə başlayacaq.

 

Qeyd edək ki, "Flora" - "Legiya" matçı Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti