Çempionlar Liqası: Növbəti mərhələyə yüksələn 4 komanda məlumdu

22:53 - 27 İyul 2021

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan 4 qarşılaşmadan sonra "Legiya", "Dinamo" (Zaqreb), "Malmö" və "Ferensvaroş" növbəti mərhələyə yüksəlib.

 

Qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

 

"Flora" (Tallin, Estoniya) - "Legiya" (Polşa) 0:1

QOL: Rafael Lopes, 67

İlk oyun: 1:2

 

HİK (Finlandiya) - "Malmö" (İsveç) 2:2

QOLLAR: Miro Tenho, 1, Riku Riski, 78 - Anders Kristiansen, 10, Veliko Birmançeviç, 76

İlk oyun: 1:2

 

"Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1

QOL: Luka Menalo, 79

İlk oyun: 0:2

 

"Jalqiris" (Litva) - "Ferensvaroş" ( Macarıstan) 1:3

QOL: Elhadji Pape Diav, 90+3 - Rayan Kabir, 44, 72, Robert Mak, 90+4

İlk oyun: 0:2

Xəbər xətti