Tokio-2020: Ramil Quliyev finala yüksələ bilmədi

16:25 - 3 Avqust 2021

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində iştirak edib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı atlet 200 metr məsafəyə qaçışda 20.31 saniyəlik nəticə ilə finişə 6-cı çatıb. O, final mərhələsinə vəsiqə qazana bilməyib. 

 

Kanadalı atlet Andre Qrasse 19.73 saniyə ilə lider olarkən, ABŞ idmançısı Kennet Bednarek 19.83-lük nəticə ilə ikinci olub və finala yüksəlib.

Xəbər xətti