Gimnastımız 5-ci pillədə

11:41 - 6 Avqust 2021

Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında bugünkü çıxışını başa vurub.

 

Sportal.az xəbər verir ki, fərdi proqramda yarışan 20 yaşlı idmançı ilk olaraq topla çıxış edib. O, birinci cəhdində 23,400 xala layiq görülüb.

 

Ağamirova daha sonra halqa ilə meydana çıxıb. O, bu hərəkətlərdə 23,000 xal yığıb. O, daha sonra lentlə hərəkətlərdə bacarığını nümayiş etdirib. Hakimlərdən 19.900 xal alan Ağamirova hələlik bu növdə birincidir. Zöhrə gürzlə hərəkətlərdə 21.500 xal yığaraq bu növdə 14-cü olub. O, 4 hərəkətdən sonra ümumi sıralamada isə 5-ci pillədə qərarlaşıb.

 

Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.

Xəbər xətti