Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

15:27 - 6 Avqust 2021

Çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 24 referinin yer aldığı yekun siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.

 

Qeyd edək ki, DÇ-nin final mərhələsi 19-29 avqust tarixlərində Rusiyada təşkil olunacaq.

Xəbər xətti