Tokio-2020: Futbolda bürünc medalın sahibi müəyyənləşdi

15:58 - 6 Avqust 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarının kişilərin futbol yarışında 3-cü yerin sahibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bürünc medal uğrunda meydan sahibi Yaponiya ilə Meksika millisi üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Meksika turniri 3-cü yerdə başa vurub.

 

Qeyd edək ki, Tokio-2020-nin final oyununda Braziliya və İspaniya qarşılaşacaq.

Xəbər xətti