Tokio-2020: Karateçimiz gümüş medal qazandı YENİLƏNİB

16:08 - 7 Avqust 2021

Tokio-2020 Yay Olimpiya Olyunlarında karate yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan idmançısı İrina Zaretska final görüşünə çıxıb. İdmançımız misirli Feryal Abduləzizlə qarşılaşıb.

 

Rəqibinə 0:2 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medal qazanıb.

 

****

 

Azərbaycan karateçisi İrina Zaretska yarımfinalda Çin təmsilçisi Gong Li ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, rəqibinə 7:2 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib və ən az gümüş medalı təmin edib.
 

****

 

Tokio-2020 Yay Olimpiya Oyunlarında 61 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi İrina Zaretskanın yarımfinaldakı rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, idmançımız finala vəsiqə uğrunda Çini təmsil edən Li Qonaq üz-üzə gələcək.

 

****

 

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, karatenin kumite növündə Azərybaycan idmançısı İrina Zaretska mübarizəyə qoşulub.

 

61 kq-dan yuxarı çəkidə çıxış edən dünya və Avropa çempionu idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız  daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.


İrina qrupda son döyüşünü  türkiyəli Meltem Akyola qarşı keçirib.  4:0 hesabı ilə qalib gələn karateçimiz qrup lideri kimi  yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

 

Qeyd edək ki, bu çəkidə yarımfinal görüşlərinin Bakı vaxtı ilə saat 14:20, finalın isə 14:55-də başlanması nəzərdə tutulub.

Xəbər xətti