Əliyar Ağayev Konfrans Liqası oyununa təyinat aldı

10:57 - 9 Avqust 2021

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 12-də Lüksemburq şəhərindəki “Josiy Barthel” stadionunda keçiriləcək “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Xəbər xətti