Mahir 56 dəqiqə oynadı, "Legiya" ÇL-də mübarizəni dayandırdı

01:11 - 11 Avqust 2021

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" evdə Zaqreb "Dinamo"suna uduzub - 0:1. İlk oyunda səfərdə 1:1 hesablı heç-heçə edən Varşava təmsilçisi Çempionlar Liqasında mübarizəsini dayandırıb. Komanda yoluna Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

Mahir bu görüşə start heyətdə çıxıb və 56-cı dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Xəbər xətti