Sabir Buqrin "Neftçi"dən ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, ötən mövsümün sonunda Belçika klublarından təklif alan Mərakeş millisinin üzvü paytaxt klubunda qalmağa qərar vermişdi. Lakin "ağ-qaralar"ın Avropa kuboklarında uğursuz çıxışı 25 yaşlı yarımmüdafiəçini düşündürməyə vadar edib.
Bu səbəbdən o ətrafındakı agentlərə yeni klub tapmağı taşırıb. O, daha iddialı və avrokuboklarda çıxış edən klubda oynamaq istədiyi üçün "Neftçi"dən getmək istəyir.
Buqrin yeni mövsüm keçirdiyi 9 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Sabirin "Neftçi" ilə müqaviləsi 2022-ci ilin yayında bitəcək.
saytlarin hazirlanmasi