“Barselona”nın müdafiəçisi Aleks Balde zədələnib.
Sportal.az xəbər verir ki, müdafiəçi ötən gün Çempionlar Liqasının 5-ci turunda “Sabah”a qarşı keçirilən matçın (4:1) 64-cü dəqiqəsində əvəzlənib.
Bu gün Kataloniya klubu Baldenin sağ ayaq biləyinin bağlarında yüngül dartılma aşkarlandığını açıqlayıb. Futbolçunun bazar günü La Liqa çərçivəsində “Deportivo”ya qarşı keçiriləcək matçda iştirakı hələ də istisna edilmir.
saytlarin hazirlanmasi
