Eray Cömert: "Qarabağ"ın fiziki durumu yüksək səviyyədədi"

20:16 - 15 Sentyabr 2021

"Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı oyunu səbrsizliklə gözləyirik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri İsveçrənin "Bazel" klubunun futbolçusu Eray Cömert deyib.

 

23 yaşlı müdafiəçi Avropa Konfrans Liqası qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, sabahkı oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Xəbər xətti