"Əcnəbi limitinin olmaması bizə Çempionlar Liqasına vəsiqə qazandırdı" - "Şerif"in baş məşqçisi

17:17 - 18 Sentyabr 2021

Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan və ilk turda "Şaxtyor"u 2:0 hesabı ilə məğlub edən "Şerif"in baş məşqçisi Yuri Vernidub açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın uğurlarından danışıb:

 

"Moldovalı futbolçuları alçaltmaq istəmirəm, amma əcnəbi limitinin ləğvindən sonra biz Çempionlar Liqasına yüksəlməyi bacardıq. Limit heç bir çempionata fayda verməz. Moldova, Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələr Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirlərsə, əcnəbi limitini ləğv etməlidirlər. Bu səviyyələrdə çıxış etmək üçün limitlərin olmaması şərtdir".

 

"Şerif"in UEFA-ya göndərdiyi 27 nəfərlik futbolçu siyahısında 17 oyunçu əcnəbidir.

Xəbər xətti