"Şerif"in baş məşqçisi: "Real"a hörmətlə yanaşırıq, amma qorxmuruq"

18:39 - 28 Sentyabr 2021

"Şerif" Çempionlar Liqası qrup mərhələsinin 2-ci turunda "Real"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl Moldova təmsilçisinin baş məşqçisi Yuri Vernidub açıqlama verib. O, "Real"dan qorxmadıqlarını bildirib:

 

"Madriddə olduğumuz üçün çox xoşbəxtik. Bizim üçün bu oyun bir şərəfdir. Həqiqətən də bu gözəl stadiona çıxıb yaxşı oyun nümayiş etdirmək istəyirik. "Real" ən güclü rəqiblərdən biridir. Biz oyuna hazırıq, "Santyaqo Bernabeu"da oynamaq imkanı qazanmaq üçün uzun bir yol keçmişik.

 

Rəqibimiz "Real"dır  Bunun nə olduğunu bilirik. Önəmli olan qorxmamaqdır. Rəqibə hörmətlə yanaşırıq, amma qorxmuruq. Meydana çıxıb hücumda və müdafiədə ən yaxşı şəkildə oynamalıyıq. Qələbə? Bilirik ki, istənilən komanda qələbə haqqında düşünür, həmçinin biz də. Ancaq başa düşürük ki, rəqibimiz "Real"dır. Bizim üçün ən vacibi ləyaqətlə oynamaq və yaxşı nəticə əldə etməkdir".

 

Qeyd edək ki, "Real" - "Şerif" matçı bu gün Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti