"Şerif"in baş məşqçisi: "Çempionlar Liqası bizim yerimizdi, bunu sübut etdik"

16:25 - 29 Sentyabr 2021

"Şerif" Çempionlar Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə "Real"ı 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Moldova təmsilçisinin baş məşqçisi Yuri Vernidub açıqlama verib. O, Çempionlar Liqasında oynamağa layiq olduqlarını bildirib:

 

"Bəziləri Çempionlar Liqasında bizim kimi komandalara yer olmadığını deyirdi. Amma bura bizim yerimizdi, bunu sübut etdik. Bir möcüzə yaratdıq və sonda qazandıq. "Şerif" üçün çox xoşbəxtəm və fəxr edirəm. Amma futbolçularımla daha çox fəxr edirəm.

 

Belə bir oyun keçirdiyimizə və meydanda " Real "ı məğlub edə bildiyimizə görə xoşbəxtəm. Oyunçularıma bu gün etdikləri hər şeyə görə çox minnətdaram.

 

Bir komanda olaraq meydana çıxdıq. Hamı bizi tənqid etdi, futbolçularımın burada olmağa layiq olmadığını söylədilər. Düşünürəm ki, biz bu səviyyədə oynamağa layiqik, bunu göstərdik. Müdafiədə çox yaxşı oynadıq. Həm də əks hücumlarda təhlükəli idik. Komanda və oyunçularla çox qürur duyuram, yolumuza davam edirik.

 

Növbəti tur haqqında düşünmürük. Addım-addım gedirik və irəliləyirik. Dörd oyun qalıb və hamısı çox vacibdir. Əlbəttə ki, davam etmək istərdik, amma sonda görəcəyik".

Xəbər xətti