"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqası tarixində ən çox qol vuran 4-cü futbolçu olub.
Sportal.az xbər verir ki, 34 yaşlı hücumçu buna evdə Moldova "Şerif"inə 1:2 hesabı ilə uduzduqları oyunda nail olub.
64-cü dəqiqədə penaltidən fərqlənən fransalı forvard Madrid təmsilçisinin sabiq oyunçusu Raul Qonsalesi üstələyib. Benzema turnirdə 72 qol vurub.