Levandovski Çempionlar Liqasının tarixinə düşdü

13:52 - 30 Sentyabr 2021

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard buna Kiyev "Dinamo"su ilə matçda nail olub. Dubla imza atan polşalı futbolçu Çempionlar Liqasında meydana çıxdığı oyunlarda ardıcıl 18 qələbə qazanan ilk oyunçu olub.

 

Qeyd edək ki, "Bavariya" - "Dinamo" görüşü Münhen təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti