UEFA-dan Çakır və köməkçisinə ağır cəza

00:19 - 2 Oktyabr 2021

UEFA türkiyəli hakim Cüneyt Çakır və VAR referisi Abdulkadir Bitigeni sərt cəzalandırıb.

 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Milan" - "Atletiko" oyununda (1:2) səhvə yol vermələri səbəb olub. UEFA hakimlərə bu il keçiriləcək digər oyunlara təyinat verməyəcək.

 

Cüneyt Çakır matçın 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessiyə qırmızı vərəqə verib. Görüşün əsas vaxtının artırma dəqiqələrində isə "Milan"ın qapısına penalti təyin edilib.

Xəbər xətti