"Bu gün Vüsal Əsgərov hansısa səbəbdən oynamırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Onun bu cür oyunlarda təcrübəsi yox idi".
Sportal.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Mert Çelik və Emin Mahmudovun yığmaya çağırıldığını xatırladıb: "Kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb".
Abasov "Səbail"lə görüşün sonlarında futbolçularda özünə arxayınlığın olduğunu sözlərinə əlavə edib: "Meydana çıxan futbolçular da qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı. Bunu hesaba görə normal başa düşürəm. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Bu gün heyəti meydan amilinə görə də qurmuşduq. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü".
saytlarin hazirlanmasi