Bu mövsüm avrokuboklar dönəmində “hücumçusuzluq”dan əziyyət çəkən “Neftçi” Avropa macərasının ardından 2 forvardla gücləndi - Tyaqo Bezera və Ramon Maçado.
Sportal.az saytının məlumatına görə, təcrübəli yerli futbolçuların yoxluğundan əziyyət çəkən “ağ-qaralar”ın diqqətində olan oyunçulardan biri millidə çıxış edən legionerlərimizdi.
Belə ki, Ukrayna Premyer Liqasında yarışan “Minay”ın heyətində oynayan Rüstəm Əhmədzadə “Neftçi”nin maraq dairəsindədi. Paytaxt təmsilçisi, Ukraynada iddialıların transfer siyahısında yer alan millimizin üzvünü heyətinə qatmaq haqda düşünür. Əhmədzadənin “Nefçti”yə keçidinin baş tutub-tutmayacağı qışda və ən pis halda yayda dəqiqləşəcək.