"Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığı başa vurub.
Sportal.az xəbər verir ki, bir günlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən “ağ-qaralar” bu gün son məşqə çıxıb.
“Qəbələ” ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Oktyabrın 23-də 8-ci km stadionunda baş tutacaq “Neftçi” – “Zirə” matçına saat 18:15-də start veriləcək.
saytlarin hazirlanmasi