"Neftçi”də icarə əsasında çıxış edən Mamadu Kane qışda “Olimpiakos”a yollanacağı dəqiqləşib.
Sportal.az saytının məlumatına görə, qvineyalı yarımmüdafiəçi “Olimpiakos”a yollanacağı təqdirdə də yaya qədər bu komandada qalmayacaq. Belə ki, futbolçu “Neftçi”də olduğu kimi icarə əsasında başqa klubda oynayacaq.
“Ağ-qaralar” ən azından mövsümün sonuna kimi Kaneni heyətində görmək istəsə də, “Olimpiakos”a ona görə təklif indidən gəlib. Belə ki, Yunanıstanın “Larissa” və “Lamia” klubları, həmçinin “Konyaspor” Kane üçün “Olimpiakos”a müraciət edib.
saytlarin hazirlanmasi