"Trabzonspor"da Jervinyo şoku

17:45 - 30 Oktyabr 2021

Türkiyənin "Trabzonspor" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisinin vingeri Jervinyo Super Liqanın 11-ci turunda "Rizəspor"la səfər matçında sıradan çıxıb. Fil Dişi Sahilindən olan futbolçu mövsümü erkən bitirib. 10-cu dəqiqədə zədələnən futbolçunun sağ dizinin ön çarpaz bağlarının qopduğu müəyyənləşib.

 

34 yaşlı oyunçu bu yay "Parma"dan ayrılaraq "Trabzonspor"a keçmişdi. Jervinyo Super Liqada keçirdiyi 9 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti