"Fənərbaxça" 3 futbolçusunu itirdi

13:14 - 31 Oktyabr 2021

"Fənərbaxça" Türkiyə Super Liqasının 11-ci turunda səfərdə "Konyaspor"a 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" bu oyunda 3 əsas futbolçusunu itirib. Qapıçı Altay Bayındır, yarımmüdafiəçi Luis Qustavo və hücumçu Enner Valensiya zədələnərək meydanı tərk edib.

 

Altayın zədəsinin daha ciddi olduğu bildirilir. 23 yaşlı "əlcək sahibi"nin 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər xətti