"Qalatasaray"da 2 yeni müqavilə

12:30 - 2 Noyabr 2021

Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilələr imzalanıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı İsmail Çipe və müdafiəçi Kristian Luyindama ilə sözləşmənin müddətini uzadıb. Türkiyəli qolkiperin müqaviləsi 2023-cü, konqolu mərkəz müdafiəçisinin isə 2024-cü ilədək nəzərdə tutulub.

 

Qeyd edək ki, Luyindama "Qalatasaray"a 2019-cu ilin yanvarında Belçikanın "Standard" klubundan keçib. İsmail Çipe isə "cim bom"un yetirməsidi. 

Xəbər xətti