"Fənərbaxça" Belçikaya 5 əksiklə getdi

13:42 - 3 Noyabr 2021

"Fənərbaxça" Avropa Liqası qrup mərhələsinin 4-cü turunda "Royal Antverp"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Belçika səfərinə tam heyətlə yollana bilməyib. Komandanın aparıcı üzrvlərindən olan Məsut Özil, Altay Bayındır, Serdar Aziz, Luis Qustavo və Enner Valensiya zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Bu futbolçular İstanbulda qalıb.

 

Qeyd edək ki, "Royal Antverp" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti