"Neftçi"nin legionerinə milli dəvət

12:15 - 9 Noyabr 2021

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsində noyabrın 12-də Qvineya-Bisau, 16-da isə Mərakeşlə oyunlara çağırılıb.

Kane Qvineya milli komandasında 8 oyun keçirib, 2 qol vurub.

Xəbər xətti