"Neftçi" yoxlama oyununda "Keşlə"ni 4:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov klub televiziyasına açıqlama verib:
"Bu oyunu keçirməkdə məqsədimiz o idi ki, futbolçular tonusda qalsın, rətimdən düşməsinlər. Çünki bəzi futbolçular milli komandalarda çıxış edir. Yığmada iki görüş keçirənlər də var. Hesab 4:0 olsa da, futbolçulara tapşırdıq ki, bu qarşılaşmaya yoxmala matçı kimi yox, çempionat görüşü kimi yanaşsınlar. Bu gün etdiyimiz səhvlər gələcəkdə bizə kömək edəcək. Futbolçular 1-ci dəqiqədən göstərdilər ki, bu, yoldaşlıq oyunu deyil. Tam ciddiyyətlə oynadılar və yaxşı da qələbə qazandıq.
Bütün futbolçuların oyunu məni qane etdi. Xorxe Korrea əfsuslar olsun ki, ötən yoxlama oyununda zədələnmişdi. Oyunumuza alışmasını istədik və onu bu səbəbdən meydana buraxdıq. O, özünü çox yaxşı tərəfdən göstərdi. Yoxlama oyununun önəmi odu ki, çempionatda az oynayan futbolçulara şans veririk.
"Sabah"la oyuna çox ciddi hazırlaşmalıyıq. Üzücü məqam odu ki, zədəlilərimiz var. Bunların 90 faizi əsas heyətin oyunçularıdı. Sabiq Buqrin, Tiaqo Bezerra təəssüf ki, bizimlə deyil. Yoxlama oyunları ona görə lazımdı ki, onıarın yerinə kimi oynadacağımıza qərar verək. “Keşlə” ilə çempionatdakı son oyunda da hər şey yaxşı alınırdı, lakin etdiyimiz səhvlər uzudmağımıza səbəb oldu.
Sabir Buqrinlə Tiaqo Bezerra hazırda komanda ilə məşq edəcək durumda deyillər. Tiaqo bu gündən fərdi məqşlərə başlayıb. Sabir də sabahdan fərdi məşqlərə başlayacaq. Onun olmamağı "Keşlə" ilə çempionat oyununda hiss olunurdu".
saytlarin hazirlanmasi