İstanbul derbisinin hakimləri açıqlandı

13:37 - 18 Noyabr 2021

Türkiyə SuperLiqasının 13-cü turu çərçivəsində baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və İbrahim Çağlar Uyarcan kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Erkan Özdamar yerinə yetirəcək.

 

Qeyd edək ki, 21 noyabr tarixində "NEF Stadionu"nda baş tutacaq matçın start fiti Bakı vaxtilə saat 20:00-da səslənəcək.

Xəbər xətti