Keçmiş "Qarabağ"lı daha bir il Türkiyə klubunda

19:32 - 19 Noyabr 2021

"Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç daha bir il "Konyaspor"da çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı "əlcək sahibi"nin Türkiyə klubu ilə mövsümün sonunda bitməli olan müqaviləsinin müddəti 2023-cü ilin yayına kimi uzadılıb.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Şehiç 2018-ci ildə "Qarabağ"ı "Ərzurumspor"a dəyişmişdi.

Xəbər xətti