DÇ-2022: Pley-off mərhələsinin püşkü atıldı

22:09 - 26 Noyabr 2021

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil edilən püşkatma saat 20:00-da başlayıb. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanıb.


Püşkə əsasən aşağıdakı komandalar üz-üzə gələcək:

 

A yolu

Yarımfinal

1. Şotlandiya - Ukrayna

2. Uels - Avstriya

 

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

 

B yolu

Yarımfinal

1. Rusiya - Polşa

2. İsveç - Çexiya

 

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

 

C yolu

Yarımfinal

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə


Final

1 cütünün qalibi - 2 cütünün qalibi


Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq. Pley-off mərhələsində yarımfinal və final matçlarından sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. 

 

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.

 

Bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

Xəbər xətti