21 yaşlılardan ibarət yığma komandamızın yeni üzvü Emil Mustafayevin zədələnməsi barədə xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, AÇ-2023-ün seçmə mərhələsinin Norveçlə Bakıdakı oyununda zədələnən yarımmüdafiəçi matçı vaxtından əvvəl tərk etmişdi. Kiyevdə uğurlu əməliyyat edilən Emil 1 aydan tez məşqlərə qayıtmayacaq.
Futbolçu minimum 1-1,5 ay məşqlərdən uzaq qalacaq. “Aleksandriya” forması geyinən futbolçunun Ukrayna U-21 yığmasında da oynamaq şansı olsa da, AFFA-nın təklifini qəbul edərək Azərbaycan U-21 millisində oynamağa üstünlük verib.