"Qalatasaray" gənc ulduzu ilə yeni müqavilə imzaladı

17:30 - 2 Dekabr 2021

İstanbulun "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" Kerem Aktürkoğlu ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən 23 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayına kimi "cim bom"un şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Kerem Aktürkoğlu "Qalatasaray"a 2020-ci ilin yayında "24 Erzincanspor" klubundan transfer olunub. Türkiyə millisinin üzvü İstunbul təmsilçisinin heyətində meydana çıxdığı 54 oyunda 12 qol və 8 asistlə yadda qalıb.

Xəbər xətti