"Fənərbaxça"nın futbolçusu milli komanda seçimini etdi

16:04 - 3 Dekabr 2021

"Fənərbaxça"nın yarımmüdafiəçisi Fərdi Kadıoğlu milli komanda seçimini edib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyə milli komandasının şərəfini qoruyacaq. Gənc oyunçu yaxın vaxtlarda bu barədə rəsmi açıqlama verəcək.

 

Qeyd edək ki, Fərdi Kadıoğlu Niderlandın aşağı yaş qruplarından ibarət milli komandalarında oynayıb. Onun Kanada yığmasını seçmək şansı da var.

Xəbər xətti