"Beşiktaş"ın fransalısı 2 ay oynamayacaq

17:20 - 4 Dekabr 2021

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kevin Nkudu sıaradan çıxıb. Ayaq biləyindən xəsarət alan fransal vinger 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Nkudu 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. 26 yaşlı futbolçu cari mövsümdə 14 matçda meydana çıxıb və 2 qol vurub.

Xəbər xətti